Veb-saytların proqram təminatının optimallaşdırılması məsələləri müzakirə olundu May 11, 2017 | 12:44 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Veb-saytların proqram təminatının optimallaşdırılması” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Könül Daşdəmirova veb-saytların optimallaşdırılması aspektlərinin analizi, veb-saytların proqram təminatının optimallaşdırılması, veb-saytların optimallaşdırılmasının tədqiqat istiqamətləri və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, veb-saytın optimallaşdırılması saytın təkmilləşdirilməsinə yönəlmiş tədbirlərdəndir. Veb-saytdan istifadə rahatlığının təmin olunması, yüksək keyfiyyətli kontentin təqdim edilməsi, veb-saytın axtarış sistemlərinin tələblərinə uyğun olaraq tənzimlənməsi və s. optimallaşdırmanın əsas məqsədlərindəndir.

Veb-saytların optimallaşdırılması aspektlərinin analizindən söz açan K.Daşdəmirova veb-saytların strukturu, kontenti, dizaynı və naviqasiyasında problemlərin aşkarlanması məqsədilə auditin aparılmasının zəruriliyini vurğuladı. Axtarış sistemləri üçün optimallaşdırma (Search Engine Optimization – SEO) və istifadəçilər üçün optimallaşdırmanın (usability) veb-saytların optimallaşdırılmasının əsas aspektlərindən olduğunu söylədi.

O, veb-saytların proqram təminatının optimallaşdırılmasından bəhs edərək veb-serverin veb-saytın əsasını təşkil etdiyini diqqətə çatdırdı. Bildirdi ki, veb-serverin səmərəliyinin artırılması üçün sorğuların sıxılması, onların sayının azaldılması və veb-serverin parametrlərinin optimallaşdırılması kimi metodlar mövcuddur.

Məruzəçinin sözlərinə görə, veb-saytın inkişaf etdirilməsinə mənfi təsir göstərən elementlərin aradan qaldırılması və ya dəyişdirilməsi, veb-saytın axtarış alqoritmlərində daha yaxşı indeksləşdirilməsi üçün proqram kodu, veb-saytın naviqasiyası, səhifələrin teqləri və kontentin üslubunun optimallaşdırılması, seçilmiş axtarış sorğusu əsasında veb-saytın strukturunun optimallaşdırılması və s. zəruridir.

Veb-saytın müxtəlif brauzerlər, əməliyyat sistemləri və ekran ölçülərində görünüşünün optimallaşdırılması üçün HTML kodunun qeyri-standart xüsusiyyətlərindən istifadə, atributların xüsusiyyətlərinin susma rejiminə görə təyin olunması və bəzi brauzerlərin xüsusiyyətlərinin nəzərə alınması vacibdir.

Veb-saytların optimallaşdırılması sahəsində aparılan tədqiqatların əsas istiqamətlərindən biri də veb-analitik məlumatlar əsasında veb-saytların optimallaşdırılmasıdır. İnternet şəbəkəsində biznes mühitinin yaradılması və inkişaf etdirilməsi istiqaməti üzrə veb-saytların optimallaşdırılması məsələləri tədqiq edilir. Veb-saytın fəaliyyətinin səmərəliyini artıran faktorlardan biri də saytın naviqasiyasının sadə olmasıdır. Veb-saytların optimallaşdırılması sahəsində aparılan tədqiqatlar istifadəçilər üçün daha cəlbedici, veb-analitiklər üçün isə daha səmərəli veb-saytların yaradılmasına kömək edir.

K.Daşdəmirova bildirdi ki, İnternet şəbəkəsində sürətlə artmaqda olan veb-saytların optimallaşdırılması veb-resursların funksionallığı və ziyarətçilərin sayının artırılmasına, konversiya dərəcəsinin yüksəldilməsinə və informasiya və biliklər cəmiyyətinin formalaşmasına xidmət edir. Veb-analitik məlumatlar əsasında optimallaşdırma məsələləri veb-saytların inkişafında prioritet sahələri müəyyən etməyə kömək edir ki, bu da vətəndaşların maraq dairəsini öyrənmək və cəmiyyətin nəbzini müəyyən etmək üçün olduqca əhəmiyyətlidir.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı