Dumandan əlavə reallıq ekranı yaradılıb May 10, 2017 | 10:00 / Texnoloji yeniliklər

Sasseks Universitetində (Böyük Britaniya) şəklin təsviri zamanı öz formasını dəyişdirə bilən “MistForm” ekranı yaradılıb.

Dumanın nazik qatı hava divarları ilə saxlanan boru vasitəsilə xaric olunur. Ona “Kinect”in sensor kontrollerinin köməyi ilə istifadəçinin hərəkətlərini izləməklə müəyyən şərtlər daxilində ölçüsünü nizama salmaq və dumanı əyərək idarə etməyin mümkün olduğu şəkil proyeksiya edilir. 

hi-news.ru saytının məlumatına görə, yeni tətbiqin çatışmazlığı kimi şəklin keyfiyyətinin aşağı olması göstərilir. Bununla belə, kiçik ölçülü şəkil seçilərsə hər şey aydın görünəcək.

İstehsalçılar bildirirlər ki, hazırda dumanlı ekrandan eyni zamanda dörd insan istifadə edə bilər. Ekranın Denverdə (ABŞ) keçiriləcək “Computer-Human Interaction” konfransında təqdim olunması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı