Çin bütün dünyanı İnternetlə təmin etməyi planlaşdırır May 08, 2017 | 10:00 / Maraqlı məlumatlar

Çinin Kosmik Elm və Sənaye Assosiasiyası planetin bütün əhalisini genişzolaqlı İnternetə çıxışla təmin etməyi planlaşdırır. Bunun üçün Yer kürəsinin orbitinə buraxılacaq 156 kiçikölçülü peyk planeti şəbəkə ilə əhatə edəcək.

hi-news.ru saytının məlumatına görə, bu layihənin universal peyk platformasının köməyi ilə reallaşdırılması nəzərdə tutulur.

“Universal peyk platformasını avtomobilin mühərrik hissəsi ilə müqayisə etmək olar. Bu kimi mühərrik hissəsinə malik olmaqla həm hərbi maşın, həm sərnişin avtomobili və ya taksi düzəltmək mümkündür”,  – deyə Çinin Kosmik Elm və Sənaye Assosiasiyasının məsul nümayəndəsi Bey Çao bildirib.

Plan üç mərhələdə reallaşdırılacaq: birinci mərhələ 2018-ci ildə yerinə yetiriləcək. İlk olaraq, bir sınaq peykinin orbitə buraxılması nəzərdə tutulub. İkinci mərhələdə eyni anda buraxılacaq dörd peyk kiçik şəbəkə şəklində birləşdiriləcək və bundan sonra onların birgə işi sınaqdan keçiriləcək. 156 peykin isə 2020-ci ilədək orbitə buraxılması planlaşdırılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı