“Hər şeyi görən əl” təqdim olunub May 05, 2017 | 12:00 / Texnoloji yeniliklər

Böyük Britaniyanın Nyukasl Universitetinin tədqiqatçılar komandası qarşısında olan obyektləri tanıyan və onları müstəqil götürə bilən süni əl hazırlayıblar. Müəlliflər əldə görməni təmin etmək üçün “Logitech”in sadə veb-kamerasından istifadə ediblər. Onun gördüyü predmetləri müəyyənləşdirməsi üçün isə proqram təminatı hazırlayıblar.

“Biz qarşısında olan predmetlərə avtomatik reaksiya verən bionik əli kompüter görməsi texnologiyasından istifadə etməklə yaratmışıq”, - deyə layihənin həmmüəllifi Kianuş Nazarpur bildirib.

Tədqiqatçılar qeyd edir ki, beyindən əzələlərə yollanan elektrik siqnalları ilə idarə edilən protezlərin problemi onların siqnallara yetərincə tez reaksiya verə bilməməsidir. Komanda üzvləri hesab edir ki, onların tətbiqi daha intuitivdir. Xüsusi proqram təminatının köməyi ilə onlar bionik ələ bir çox müxtəlif obyektləri tanımağı, sonra isə əşyaları hansı üsulla götürməyi avtomatik müəyyən etməyi “öyrədiblər”. Protez bundan əvvəl heç vaxt görmədiyi predmetləri tutmaq üsulunu da müstəqil seçə bilir.

İstehsalçıların əlləri amputasiya edilmiş iki könüllü üzərində apardıqları sınaqlar uğurla başa çatıb. Hazırda tədqiqatçılar “ağıllı” protezi yerli xəstəxanalarda istifadə üçün təklif etməyə hazırlaşırlar.

popmech.ru saytının məlumatına görə, bu texnologiya digərlərinə nisbətən ucuzdur və onu ən yaxın zamanda tətbiq etmək mümkün olacaq.

Tədqiqatçılar protezin üzərində işləri davam etdirmək niyyətindədirlər. Onların son məqsədi bionik ələ təzyiq və temperaturu hiss etməyi “öyrətməkdir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.


İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı