Saniyədə beş trilyon kadr çəkən kamera May 04, 2017 | 12:00 / Texnoloji yeniliklər

İsveçin Lund Universitetinin alimləri təsvirləri saniyədə beş trilyon dəfəyə qədər tutmaq imkanına malik kamera nümayiş etdiriblər. Bundan əvvəlki rekord 4,4 trilyon kadr plankaya nail olan yaponlara məxsus olub.

nanonewsnet.ru saytının məlumatına görə, kamerada hər bir kadr eyni zamanda bir neçə təsvir haqqında informasiyanı özündə saxlayır. Kameranın çaxmağı açıldıqda lazer işıqları çəkilmiş obyekti bir neçə dəfə işıqlandırır. Hər belə işıq xüsusi şifrələyən açar sayəsində kadrdan konkret təsviri daha sonra seçməyə imkan verərək xüsusi üsulla vizual şifrələnir. Bu kimi kameraların yaradılması alimlər üçün tamamilə yeni imkanlar açır. Artıq pikosaniyələr, hətta femtosaniyələr ərzində baş verən hadisələri təsvir etmək mümkün olacaq.

Tədqiqatçılar bu kameranı plazmanın davranışını, müxtəlif kimyəvi reaksiya proseslərini təsvir etmək və s. məqsədlə istifadə etməyi planlaşdırırlar.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.


İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı