“Dəmir adam” kostyumunun imkanları nümayiş olunub May 04, 2017 | 11:18 / Texnoloji yeniliklər

Gravity” startapının yaradıcısı Riçard Brauninq Kanadada keçirilən TED konfransında müəllifi olduğu “dəmir adam” (Iron Man) kostyumunun imkanlarını nümayiş etdirib. Britaniyalı ixtiraçı yerdən bir qədər yüksəkliyə qalxaraq bir neçə saniyə dövr edib. Nümayiş  tamaşaçıların böyük marağına səbəb olub.

Kostyum ağ neft əsasında işləyən 6 miniatür reaktiv mühərrik, xüsusi ekzoskelet, həmçinin yanacaq sərfiyyatı haqqında məlumat verən mürəkkəb ekranlı şlemdən ibarətdir.

hitech.newsru.com saytının məlumatına görə, şaquli uçuşu təmin edən kastyumun sahibi qurğunun sürəti və istiqamətinə nəzarət etmək üçün əllərindən istifadə etməlidir.

Müəllif bildirib ki, “Dedal” adlı kostyum sahibini daha yuxarıya və sürətlə qaldırmaq qabiliyyətinə malikdir.  O, saatda 321 km sürətlə uça bilir. Nümayiş zamanı isə tamaşaçıların  təhlükəsizliyi üçün kostyumun imkanları geniş şəkildə nümayiş olunmayıb. Əlavə edib ki, bu ixtira motosikldən daha təhlükəsizdir. Kostyum oda davamlıdır və hətta yanğın baş versə belə ona heç bir ziyan  dəyməyəcək.

Brauninq konfransda kostyumun işçi modelinin hazırlanması ilə bağlı aparılmış sınaqlar və baş verən nasazlıqlardan da danışıb. Onun sözlərinə görə “dəmir adam” əyləncə layihəsidir və gələcəkdə nəqliyyat növünə çevrilməyəcək: “Düşünmürəm ki, yaxın vaxtlarda kimsə onun köməyilə uçacaq və ya məktəbə gedəcək. Lakin Gravity komandası qurğunun potensialının artırılması üzərində işləri davam etdirəcək”.

Qeyd edək ki, hər il keçirilən TED (Technology, Entertainment, Design - Texnologiya, Əyləncə, Dizayn) konfransı unikal ideyaların dünya ictimaiyyətinə tanıdılmasını nəzərdə tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı