Robot-itlər yaşlı insanlara yardım edəcək May 02, 2017 | 03:00 / Texnoloji yeniliklər

Böyük Britaniyanın Şeffild Universitetinin mütəxəssisləri xüsusi olaraq yaşlı insanlara yardım üçün “MiRo” adlı bionik robot hazırlayıblar. Müxtəlif sensorlarla təchiz edilmiş robot toxunuşları hiss edir. “MiRo”nun gözlərinə quraşdırılmış stereokameralar insanları tanıyır və onların hərəkətlərini izləyir. Burnunda yerləşdirilmiş səs naviqatoru sayəsində robot öz yerini müəyyən edir.

techcult.ru saytının məlumatına görə, inteqrasiya edilmiş süni intellekt robota giriş qapısındakı ziyarətçiləri tanımaq və gündəlik problemləri sahiblərinə xatırlatmaq imkanı verir.

O, həmçinin zəng edə və təhlükə zamanı həyəcan siqnalı verə bilər. “MiRo” xüsusi proqramın köməyilə insanı səs və xarici əlamətlərinə görə tanıyacaq. Qurğunun qiyməti 2800 ABŞ dolları təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı