Proqram sənayesi və mühəndisliyinin iqtisadi məsələlərinə dair müzakirələr aparıldı Aprel 27, 2017 | 03:10 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin “Proqram sənayesi və  mühəndisliyinin formalaşması və inkişafının iqtisadi məsələləri” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev proqram məhsullarının layihələndirilməsi və istehsalı iqtisadiyyatının əsas məsələləri və xüsusiyyətlərini diqqətə çatdırdı. Bildirdi ki, buraya proqram məhsullarının layihələndirilməsi və istehsalı zamanı müəssisələrin iqtisadi xüsusiyyətləri, istehsalın iqtisadi xüsusiyyətləri və proqram məhsullarının iqtisadiyyatına təsir edən faktorların təsnifatı və s. aiddir.

Sonra şöbənin əməkdaşı Elza Musayeva məruzəni təqdim edərək bildirdi ki, proqram məhsulunun işlənib hazırlanması və istehsalı prosesində mühüm məsələlərdən biri də məhsulun funksional xüsusiyyətlərinə tələblərin və lazımi resursların vaxtında müəyyənləşdirilməsi və qiymətləndirilməsidir.

E.Musayeva, həmçinin proqram sənayesi və mühəndisliyi iqtisadiyyatının mahiyyəti və vəzifələrindən söz açdı. Qeyd etdi ki, “Proqram mühəndisliyi iqtisadiyyatı”nın inkişafı üçün iqtisadiyyatın bu yeni sahəsində toplanan təcrübə və elmi yeniliklərin ümumiləşdirilməsi tələb olunur. Bu mənada yüksək səviyyədə qeydiyyat, təhlil və proqnozlaşdırılma üçün iqtisadi peşə mütəxəssislərinin “Proqram mühəndisliyi” ixtisası tərkibində xüsusi proqramı öyrənmələri vacibdir.

O, həmçinin proqram kompleksləri istehsalının planlaşdırılmasının, mərhələ və proseslərinin nizamlanmasının əsas məqsədi, proqram məhsulları istehsalının  iqtisadi xüsusiyyətlərinə təsir edən amillər, onun istehsalının iqtisadi xüsusiyyətlərində əks olunan əsas faktorlar haqqında məlumat verdi.

Sonda mövzu ətrafında müzakirələr aparıldı, bir sıra təklif və tövsiyyələr səsləndirildi. Məruzənin cari ilin may ayında keçiriləcək “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransına təqdim olunması qərar alındı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı