“Ağıllı” yastıq gecə lampası və zəngli saatı əvəz edəcək Aprel 26, 2017 | 10:55 / Texnoloji yeniliklər

ABŞ-ın Mode Modern dizayn studiyası özündə gecə lampası, zəngli saat və fitnes-treker funksiyalarını birləşdirən Sunrise Smart Pillow adlı “ağıllı” yastıq hazırlayıb. 

Qeyri-adi yastıq inteqrasiya edilmiş işıq diodlarıyla təchiz edilib. O, yuxudan öncə kitab oxuyan zaman gecə lampası rolunu yerinə yetirə biləcək.  Səhərlər yuxudan oyananda isə günəşin çıxmasını təqlid edərək insanda xoş əhval yaradacaq.

Bundan başqa, Smart Pillow-a inteqrasiya edilmiş dinamiklər müxtəlif səsləri, musiqi yaxud audiokitabı yenidən canlandıra biləcək ki, sahibi daha tez yatsın. Həmçinin pult və ya mobil proqramın köməyi ilə təyin edilmiş vaxtda zəngli saatı səsləndirəcək.

hitech.newsru.com saytının məlumatına görə, Smart Pillow-un daha bir funksiyası yuxunu izləməkdir. Yastıq jiroskop, akselerometr və mikrofonun köməyilə yuxuya getmə və oyanma saatlarını təsbit edir və sahibinin gecələr hansı səslərdən oyandığını müəyyənləşdirir.  Həmçinin yuxunun mərhələlərini təhlil edərək onun keyfiyyətini qiymətləndirir.

Smart Pillow-un müəlliflərinin sözlərinə görə, yastıq keyfiyyətli materiallardan istehsal edilib və onun üzlüyünü paltaryuyan maşında yumaq mümkündür.

Layihə Kickstarter-də minimum 50 min məbləğ tələb olunduğu halda 180 min ABŞ dolları məbləğində pul toplayıb. Yastıqların cari ilin oktyabrında satışa çıxarılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı