Nanorobotlar insanları idarə edəcək? Aprel 17, 2014 | 02:00 / Texnoloji yeniliklər

Alimlər DNK tellərindən nanorobotlar hazırlayıblar

Alimlər nanotexnologiyalar sahəsində yeni bir uğurun astanasındadırlar. Təqdiqatlar uğurla başa çatacağı halda artıq 5 ildən sonra insan orqanizmindəki canlı hüceyrələrin daxilində fəaliyyət göstərə biləcək DNK proqramlaşdırılmış ilk nanorobotlar yaradılacaq. Yeni texnologiya onkoloji xəstəliklərin diaqnostikası və müalicəsindən başlayaraq insan hərəkətlərinin idarə edilməsinədək mükəmməl potensiala malikdir. 

Tədqiqatlar İsrailin Bar-İlan Universitetinin tədqiqat qrupu tərəfindən aparılır. Nanorobotların DNK tellərindən yaradılması üçün onlar yetərli qədər nəzəri və texniki bazaya malikdirlər. scienceblog.ru-nun məlumatına görə, hazırda nanorobotlar canlı tarakanların daxilində yerləşdirilməklə sınaqdan keçirilir. Yaxın gələcəkdə bu texnologiya insanlar üzərində də tətbiq ediləcək. 

İsrail alimlərinin xidməti ondadır ki, onlar ilk dəfə olaraq bilavasitə canlı orqanizmin daxilində bu cür proqramlaşdırmanın mümkünlüyünü sübut edə biliblər. Tədqiqatların nəticələri göstərib ki, nanorobotlar müxtəlif molekulların köməyilə orqanizmin funksiyalarına təsir edə bilir. Burada faktiki olaraq, söhbət orqanizmin daxilində olan nanorobotların geniş hesablama imkanlarından gedir. 

Əldə olunmuş nəticələr baxımından, texnologiyanın gələcəkdə geniş tətbiq imlanlarından danışmaq olar. Misal üçün, nanorobotlar xərçəng heceyrələrini və ya toksik molekulları aşkar edərək məhv etməklə daşıyıcının orqanizmini zəhərlənmədən qoruya bilər. Bu cür nanorobotlar aqressiv vəziyyətə cavab olaraq depressiya əleyhinə və trankvilizator molekullarını da buraxa bilər. Belə terapiya həbsxana və digər islah müəssisələrinə yaxşı alternativ ola bilər. Texnologiya eyni zamanda qanunlara riayət etməyənləri ram etmək üçün də cəlbedici görünür. Belə ki, nanorobotlardan istifadə insanın hərəkətlərini məsafədən idarə etməyə faktiki olaraq imkan verəcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı