“Google” innovativ VR-kamerasını təqdim edib Aprel 25, 2017 | 04:00 / Texnoloji yeniliklər

“Google” şirkəti Çinin “Yi Technology” şirkətinin iştirakı ilə 360 dərəcə çəkiliş və VR (virtual reallıq) videoları üçün yeni kamerasını təqdim edib. “Yi Halo” adlı qurğu özündə saniyədə 30 kadr sürətlə 8K ölçülü stereoskopik video çəkə bilən 17 kameranı ehtiva edir.

hitech.vesti.ru saytının məlumatına görə, yenilik ilk növbədə, kino rejissorları və video çəkilişlə əlaqəli olan digər peşə sahibləri üçün hazırlanıb. Qurğunun satış dəyəri 18 min ABŞ dolları təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, “sferik” “Google Jump” kamerasının dəyəri 8 min dollardan başlayır.

“Halo” kompleksində dəyişdirilə bilən 4K-kameralar tətbiq edilib. “Surround 360”dan (“Facebook”un 25 min dollar dəyərində olan kameraları) fərqli olaraq, Yi qurğusuna istifadəçinin başının üstündə yerləşən və 360 dərəcə çəkilişi təmin edən daha bir kamera quraşdırılıb.  Həmçinin “Halo”ya süni üfüqi xətti idarə etməyə imkan verən mobil proqram əlavə edilib.

“Yi Halo” kamerası 22 maydan etibarən əlçatan olacaq. İlk 100 kamera VR-formatda çəkiliş edən kino istehsalçılarına paylanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı