Daşınan elektronika ailə münaqişələrinin qarşısını alacaq Aprel 24, 2017 | 02:35 / Texnoloji yeniliklər

Cənubi Kaliforniya Universitetinin mütəxəssisləri ailə münaqişələrini öncədən təxmin edən daşınan sensorlar üzərində çalışır. Smartfon sensorlardan informasiyanı toplayaraq təhlil edir, sonra mümkün münaqişə və onun həlləri haqqında xəbərdarlıq edir.

4pda.ru saytının məlumatına görə, layihə laboratoriya şəraitində testdən keçirilib. Könüllülər müxtəlif suallara cavab verib, problemlərdən anonim danışıblar ki, bu da tədqiqatçılara bir çox məlumat toplamağa imkan verib.

“Biz sensorlardan bioloji siqnalları toplayırıq. Bu, insanın adi gözlə görə bilməyəcəyi informasiya mənbəyidir”, – deyə tədqiqatın həmmüəllifi Teodor Çaspari bildirib.

Təcrübə zamanı sensorlar bədənin temperaturunu, nəbzi və tərləmənin həcmini, eləcə də iştirakçıların danışıqlarının məzmunu və miqdarını müəyyən edib. Süni intellekt əldə olunmuş məlumatlar əsasında münaqişəli vəziyyəti 86 faiz dəqiqliklə aşkar edə bilib.

İstehsalçılar, həmçinin münaqişə başlayanadək 5 dəqiqə ərzində onun qarşısını almaq üsullarının axtarışı üçün alqoritmdən istifadə edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı