Data Mining məsələlərinə həsr olunmuş elmi seminar keçirildi Aprel 24, 2017 | 09:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Data Mining: Concepts and Techniques” kitabının müzakirəsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi.

İnstitutun magistrantı Şəlalə Mansurova “Data Mining: Concepts and Techniques” kitabının ikinci fəsli barədə məlumat verdi.

Ş.Mansurova kitabın ikinci fəslini əhatə edən verilənlər, atributlar və onların tipləri, qrafik təsvirlər, verilənlər arasındakı yaxınlıq ölçüləri, verilənlərin əsas statistik təsvirləri, median, moda anlayışları və s. haqqında danışdı.

Sonra seminar iştirakçıları məruzə edilmiş mövzunun mənimsənilməsi məqsədilə fəslin sonunda verilmiş tapşırıqları yerinə yetirdilər.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, texnika elmləri doktoru Ramiz Alıquliyev tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd etdi, tövsiyələrini səsləndirdi.

Qeyd edək ki, “Data Mining” kursunun tam mənimsənilməsi məqsədilə şöbədə davamlı olaraq seminarlar keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı