İlk uçan elektrik avtomobilinin sınaqları keçirilib Aprel 21, 2017 | 03:03 / Texnoloji yeniliklər

Almaniyanın “Lilium Aviation” şirkəti ilk şaquli uçan iki nəfərlik elektrik avtomobilinin sınaqlarını keçirib.

hi-news.ru saytının məlumatına görə, 40-dan çox dizayner, mühəndis və həvəskardan ibarət beynəlxalq komanda bir neçə il ərzində “The Lilium Jet” avtomobilinin yaradılması üzərində işləyib. Nəqliyyat vasitəsi hava ilə saatda 300 km-ə qədər sürətlə hərəkət etmək imkanına malikdir. Akkumulyatorların enerjisi 300 km-ə qədər məsafənin öhdəsindən gəlmək iqitadarındadır.

“The Lilium Jet” 36 hərəkətli reaktiv mühərriklərlə təchiz edilib. Avtomobilin hazırlanması zamanı sərnişinlərin təhlükəsizliyi, həmçinin avtopilot sisteminin idarəetməsi altında avtonom uçuş imkanı kimi məsələlərə böyük əhəmiyyət verilib.

Avtomobili ilk vaxtlarda insanların idarə etməsi planlaşdırılır. Gələcəkdə isə onları pilotsuz taksilərə çevirmək mümkün olacaq. Həmçinin şirkətin ən yaxın planlarına iki əvəzinə beş sərnişinə qədər daşımaq imkanına malik uçan elektrik avtomobilinin yaradılması daxildir.

Qeyd edək ki, “Lilium Aviation”ın bütün avtomobilləri paraşütlər və təhlükəsiz uçuş parametrlərindən kənara çıxmaların qarşısını alan “Flight Envelope Protection System”lə təchiz ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı