AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri nüfuzlu elmi jurnala rəyçi seçilib Aprel 16, 2014 | 11:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova “British Journal of Applied Science & Technology” (BJAST – "Britaniya Tətbiqi Elm və Texnologiya") jurnalına rəyçi seçilib. 

Jurnal elm və texnologiyanın bütün sahələri üzrə elmi məqalələrin, rəy və qısa xülasələrin nəşrinə həsr olunub. Elmi tədqiqatlar informatika, biotexnologiya, nanotexnologiya, riyaziyyat, fizika, tibb, kimya, biologiya, geologiya, mühəndislik və digər sahələri əhatə edir. 

Dərgi alim və mütəxəssislər tərəfindən tətbiq edilən innovasiyaların, tədqiqatların nəticələrinin dərci baxımından böyük əhəmiyyət kəsb edir. 

Jurnal ayda iki dəfə işıq üzü görür.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı