Tədris-İnnovasiya Mərkəzi illik fəaliyyəti ilə bağlı hesabat verdi Yanvar 22, 2014 | 05:06 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzi (TİM) 2013-cü il üçün fəaliyyət planına uyğun olaraq görülən işlərlə bağlı hesabat verib. 

Mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova TİM-in cari il üçün elmi-tədqiqat, elmi-innovasiya və elmi-pedaqoji fəaliyyətinin nəticələri haqda məruzə edib. Bildirib ki, informasiya cəmiyyəti istiqaməti üzrə “Təhsil proseslərinin informasiyalaşdırılması problemləri” və “Onlayn mühitdə təhsilin monitorinqi və qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat işləri aparılır. R.Mahmudova informasiya mədəniyyətinin formalaşdırılması üçün verilən təklifləri nəzərə çatdırıb. Müasir cəmiyyətin aktual problemi olan uşaq və yeniyetmələrin İnternetdə təhlükəsizliyinin təmini məsələlərinin araşdırıldığını, beynəlxalq təşkilatların bu istiqamətdə təcrübəsinin öyrənildiyini bildirib. Uşaqların onlayn-mühitdə təhlükəsizliyinin təmin edilməsi üçün təklif və tövsiyələri səsləndirib. 

Bundan əlavə, mərkəzdə doktorant və dissertantlara informatika fənninin tədrisi və imtahanların qəbulu istiqamətində aparılan işlərdən də söhbət açıb. Məruzəçi imtahanların yüksək səviyyədə təşkili ilə bağlı görülən tədbirlərdən danışıb. Mərkəz rəhbəri test sisteminin avtomatlaşdırılmış qaydada tətbiqinin əhəmiyyətini önə çəkərək, cari ildə namizədlik imtahanlarının ilk dəfə olaraq elektron test üsulu ilə keçirildiyini bildirib. O, bu sistemin imtahan prosesinin daha şəffaf keçirilməsi, nəzəri və praktiki biliklərin operativ yoxlanılması və qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. 

R.Mahmudovanın sözlərinə görə, 2013-cü ildə respublikanın elm və təhsil müəssisələrindən 1234 doktorant və dissertant namizədlik imtahanı verib: “Onlardan 592 nəfəri (48%) doktorant, 642 nəfəri (52%) isə dissertantdır. Doktorant və dissertantların 456 nəfərini kişilər, 778 nəfərini isə qadınlar təşkil etmişdir”. 

Cari ildə fizika-riyaziyyat və texnika elmləri üzrə 182, kimya, biologiya və tibb elmləri üzrə 250, Yer, kənd təsərrüfatı və coğrafiya elmləri üzrə 104, ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə isə 698 nəfər imtahan vermişdir. AMEA-nın institut və təşkilatları üzrə doktorant və dissertantlar 34%, digər institut və təşkilatlar üzrə 66% təşkil edib. 

R.Mahmudova həmçinin distant tədris xidmətlərinin həyata keçirilməsi, İT-kursların təşkili, regionlarda yerləşən kompüter tədris mərkəzləri ilə əlaqələrin inkişafı, o cümlədən tanınmış elmi jurnallarda nəşr olunan məqalələr haqqında da məlumat verib. 

Məruzəçi müxtəlif təyinatlı nəşrlərin hazırlanması istiqamətində görülmüş işlər haqqında da danışaraq bildirib ki, cari ildə “İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı çap olunub, “İnformatika” adlı kitabın hazırlanması üzərində işlər aparılır. 

Müzakirələrdə mərkəzin elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin önəmliyi ifadə edilərək “Təhlükəsiz İnternet” və s. mövzularla bağlı araşdırmaların aparılmasının vacibliyi vurğulanıb, müvafiq tövsiyələr verilib. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edilib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı