Robot-çeşidləyici Aprel 14, 2017 | 11:44 / Texnoloji yeniliklər

Dünyanın bir çox poçt qutuları çeşidləyən iri zavodlarında minlərlə insan işləyir. Lakin Çinin böyük kuryer şirkətlərindən olan “Shentong” işçiləri artıq “diribaş” robotlarla əvəz edib.

24gadget.ru saytının məlumatına görə, onlar gün ərzində 200 000-ə qədər bağlamanı ildırım sürətilə çeşidləyərək təyin olunmuş ərazilərə yerləşdirirlər. Botlar yorulmaq bilmədən 24/7 rejimində işləyir və enerji bitdikdə yenidən yüklənmə stansiyasına müstəqil yola düşürlər.

Şirkətdən bildiriblər ki, botlar insanlarla müqayisədə işin öhdəsindən 70% daha effektiv gəlirlər. Buna səbəb robotların çarxlar və poçtun göndərilməsi ilə bağlı təyinatı tanıyan ştrix-kod skaneri ilə təchiz olunmasıdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı