“Facebook” pulköçürmə sistemi yaradır Aprel 15, 2014 | 12:00 / Texnoloji yeniliklər

“Facebook” şirkəti yaxın vaxtlarda şəxsi elektron pul sistemini istifadəyə vermək niyyətindədir. 

Sosial şəbəkə cəmi bir neçə həftədən sonra İrlandiyada yerləşən dövlət maliyə tənzimləyici orqanından sözügedən xidmətin işə salınması üçün razılıq alacaq. pitbit.ru saytının məlumatına görə, xidmət istifadəçilərə öz pullarını “Facebook”da saxlamağa və digər şəxslərə göndərməyə icazə verəcək. 

Tənzimləyici orqan razılıq verdiyi halda, “Facebook” öz elektron valyutasını buraxacaq və o, bütün Avropada tanınacaq. Sosial şəbəkənin olduqca geniş auditoriyasını nəzərə alaraq demək olar ki, bu sistem Avropanın müxtəlif ölkələrində yaşayan qohumlar və dostlar arasında çox məşhur olacaq. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı