“Elektron test sistemi”nin istismarı üzrə təlimlər keçiriləcək Aprel 07, 2017 | 04:00 / Mühüm hadisələr

Məlumdur ki, AMEA Rəyasət Heyətinin “İxtisas fənnləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” 4 noyabr 2015-ci il tarixli qərarına əsasən AMEA-nın elmi müəssisələrində ixtisas fənnləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanları test üsulu ilə keçirilir.

İmtahanların təşkili işinin daha da yaxşılaşdırılması məqsədi ilə AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin məsul əməkdaşlarının iştirakı ilə “Elektron test sistemi”nin istismarı üzrə təlimlər keçiriləcək.

Təlimlər 12-26 aprel 2017-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində təşkil ediləcək. Sonda iştirakçıların bilikləri imtahan əsasında qiymətləndiriləcək, müvəffəqiyyət qazanmış şəxslərə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, treninqdə iştirak edəcək şəxslərin minimum İKT biliklərinə malik olması vacibdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı