Galaxy S8-də üzün tanınması sistemi sınaqdan keçirilib Aprel 05, 2017 | 11:46 / Maraqlı məlumatlar

“Samsung” şirkətinin nümayəndəsi Galaxy S8 Galaxy S8 Plus-un yeni flaqman smartfonlarının nümayişi zamanı qurğunun kənar şəxslərdən müdafiəsi üçün nəzərdə tutulmuş beş üsul haqqında məlumat verib. Parol, qrafik açar və daktiloskopik tənzimləyicidən başqa, smartfon üzün tanınması sistemi və gözün qüzehi qişasının skaneri ilə də təchiz olunub.

24gadget.ru saytının məlumatına görə, bu üsulların hamısından birgə istifadə etmək mümkün deyil və qurğunun sahibi yalnız birini seçə bilər. Hər iki yeni variant maraqlıdır: qüzehi qişanın skan edilməsi kifayət qədər etibarlı müdafiə olsa da, bir qədər vaxt tələb edir. Bunun üçün gözü tənzimləyiciyə yaxınlaşdırmaq lazımdır. Üzün tanınması isə daha rahat və sürətli hesab olunur, bunun üçün smartfonu sadəcə əldə saxlamaq kifayətdir. Lakin bloqqerlərdən biri bu üsulun etibarlı olmadığını sübut edib.

Belə ki, Galaxy S8-in ön kamerası ilə eksperiment zamanı digər smartfonun ekranında əks olunmuş fotodan istifadə olunub. Ekrandakı işıq zolağına baxmayaraq aparat istifadəçinin üzünü tanıyıb və telefonu blokdan çıxarıb. Məlum olub ki, “Samsung” şirkətinin tətbiq etdiyi üzün tanınması texnologiyası hələ ki, smartfonu təhlükəsizlik blokundan çıxarmaq üçün yox, əyləncə üçün yararlıdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı