4 aprel – Beynəlxalq İnternet Günüdür Aprel 04, 2017 | 09:00 / Maraqlı məlumatlar

Bu gün bütün dünyada Beynəlxalq İnternet Günü kimi qeyd olunur.

Beynəlxalq İnternet Günü 1998-ci ildə Roma Papası II İohan Pavel tərəfindən təsis olunub. Onun sözlərinə görə, İnternet bir növ insan biliklərinin ensiklopediyasıdır. Buna görə də Ümumdünya hörümçək torunun hamisi ilk 20 cildlik ensiklopediyanı tərtib edən məşhur ensiklopedist Sevilyalı İsidor hesab edilə bilər. O, ilk dəfə öz işində çarpaz istinadlar sistemini tətbiq edib ki, bu da şəbəkədə istifadə edilən hiperistinadları xatırladır. Sevilyalı İsidor 636-cı ilin bu günü dünyasını dəyişib.

Bundan başqa, bu tarixin qısa yazılışı (4.04) geniş yayılmış və şəbəkənin demək olar ki, hər istifadəçisinin rastlaşdığı “HTTP 404” səhvinə uyğun gəlir.

Hələ ki, İnternet bayramının dəqiq tarixi haqqında razılıq əldə olunmayıb. Belə ki, hər ölkə Beynəlxalq İnternet Gününü bir qayda olaraq, milli domen zonasının açılışı günündə (Məsələn, Ukrayna 14 dekabr, Özbəkistan 29 aprel, Rusiya 7 aprel) qeyd edir. Bundan başqa, Rusiya Federasiyasında 30 sentyabr Ümumdünya hörümçək toru günü kimi yadda qalıb. Lakin dünya miqyasında İnternetin ən populyar bayramı 4 aprel hesab edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı