İlk holoqrafik videozəng həyata keçirilib Aprel 04, 2017 | 11:00 / Maraqlı məlumatlar

“Verizon” və “Korean Telecom” mobil operatorları 5-ci nəsil şəbəkələrindən istifadə etməklə Cənubi Koreyanın Seul və ABŞ-ın Nyu-Cersi şəhərləri arasında dünyada ilk holoqrafik videozəngi həyata keçiriblər. Nümayiş zamanı “Korean Telecom”un əməkdaşı şirkətin qərargah binasında monitorda holoqram kimi əks olunan “Verizon” şirkətinin əməkdaşı ilə videogörüş keçirib. Hər iki şirkətin nümayəndələri bildiriblər ki, bu, 5G şəbəkələrində dünyada ilk uğurlu şəbəkələrarası məlumat mübadiləsi olub.

4pda.ru saytının məlumatına görə, “Korean Telecom” 5-ci nəsil şəbəkələri əsasında aparıcı multimedia xidmətlərindən biri kimi holoqrafik onlayn zəng texnologiyasını hazırlayır. Bundan başqa, şirkət hazırda Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən araşdırılan “Sync View” (virtual reallıqda 360 dərəcə onlayn translyasiyalar) və “Omni-View” xidmətlərini istifadəyə vermək niyyətindədir.

Məlumatların ötürülməsi üçün yüksək sürət və böyük həcmli trafik tələb edən səsli holoqram xidmətinin təmin olunmasında 5G sahəsində qlobal əməkdaşlıq böyük əhəmiyyətə malikdir. “Korean Telecom”un nümayəndəsinin sözlərinə görə, 5G kommersiya şəbəkəsi istifadəyə verildikdə 3D-holoqramlı videoreklam 5G əsasında nümunəvi xidmətlərdən biri kimi əlçatan olacaq. Tam ekranda əks olunan holoqramlı videozəng sayəsində istifadəçilər hər hansı bir şəxslə real vaxt rejimində görüşə biləcəklər.

Qeyd edək ki, 5G mobil şəbəkəsinin 2020-ci ildə kommersiya istismarına verilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı