Dronlar qanın daşınmasında istifadə olunacaq Aprel 03, 2017 | 12:30 / Maraqlı məlumatlar

İsveçrədə iki xəstəxana kvadrokopterlər vasitəsilə bioloji materialların daşınmasını həyata keçirib.

Bioloji nümunələrin, xüsusilə qanın operativ çatdırılması təcili vəziyyətlərdə (məsələn, əməliyyata hazırlıq zamanı analizlərin aparılması üçün) olduqca əhəmiyyətlidir. Çox zaman toplanmış nümunələr avtomobil vasitəsilə daşınır, lakin böyük şəhərlərdə tıxaclarla qarşılaşmaq mümkündür. Bu isə, materialların daşınmasında ləngimələrə səbəb ola bilər. Buna görə də, hökumət və səhiyyə sahəsi, o cümlədən özəl şirkət nümayəndələri əlçatan və sərfəli alternativlər axtarmağa başlayıblar.

naked-science.ru saytının məlumatına görə, İsveçrənin Luqano şəhərinin iki xəstəxanası İsveçrə Poçtunun dəstəyi ilə dronlar vasitəsilə biomaterialın çatdırılması üzrə xidməti reallaşdırıb. Bunun üçün kiçik nəqliyyat kvadrokopteri “Matternet” istifadə olunub. Zəruri hallarda müəssisələrin əməkdaşları pilotsuz təyyarəyə nümunələr və ya digər yüngül yüklü konteyner yükləyir və mobil proqramın köməyi ilə çatdırılmanı aktivləşdirirlər. Aparat avtomatik rejimdə göstərilən marşrut üzrə yükü daşıyır.

Hazırda bu dronlar pilot layihəsi çərçivəsində İsveçrə xəstəxanalarında istifadə olunur. “Tibbi” kvadrokopter artıq 70-dən çox test uçuşunu həyata keçirib. Sınaqlar müvəffəqiyyətli olarsa, dronlar vasitəsilə bioloji nümunələrin çatdırılması xidməti 2018-ci ildə öz işinə başlayacaq.

Qeyd edək ki, ilk dəfə Avstraliya şirkəti “Flirtey” ötən ilin mart ayında şəhər daxilində kiçik dronlar vasitəsilə çatdırılmanı həyata keçirib. Uçuş çərçivəsində 6 motorlu pilotsuz təyyarə 800 metr məsafəyə, Nevada ştatında yerləşən yaşayış evinə yükü müstəqil çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı