Çarpayılı pilotsuz avtomobil hazırlanır Mart 30, 2017 | 03:20 / Maraqlı məlumatlar

“NextEV NIO” Çin startapı adaptasiya olunmuş salona malik pilotsuz avtomobilin konseptini təqdim edib.

naked-science.ru saytının məlumatına görə, “EVE” adlı nəqliyyat vasitəsi sərnişinlər üçün divan, sürüşdürülən qapılar, həmçinin açılan kreslo-çarpayı ilə təchiz ediləcək.

Bort sistemlərini NOMI süni intellekti idarə edəcək. Bundan başqa, NOMI salonda və hərəkət sürətində işıqlandırma intensivliyinin nizamlanmasına hesablanıb. İstəkdən asılı olaraq sürücü maşını idarə etməyi öz üzərinə götürə biləcək. Bu zaman süni intellekt köməkçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu konsept Texasda keçirilən South by Southwest illik festivalı çərçivəsində təqdim edilmişdi. Avtomobilin istehsalına isə 2020-ci ildə başlanılacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı