Virtual limonad Mart 30, 2017 | 11:40 / Texnoloji yeniliklər

Dad və qoxunu İnternet vasitəsilə ötürmək mümkün olacaq.

Sinqapur Milli Universitetinin tədqiqatçıları limonadın dadını İnternet vasitəsilə ötürməyə imkan verən sistem hazırlayıblar.

Göndərən şəxs içkinin turşuluq dərəcəsinin müəyyən edilməsi üçün sensor yerləşdirilmiş əsl limonaddan istifadə edir. Sistemə həmçinin müvafiq olaraq, içkinin rənginin ötürülməsi üçün rəng sensoru daxil edilib. Qəbul edən şəxs isə RGB işıqlandırma və elektrodlarla təchiz olunmuş xüsusi fincandan istifadə edir. Fincana adi su tökülür. Tərkibin dequstasiyası zamanı istifadəçi elektrodlara dili ilə toxunmalıdır. Onlar zəif elektrik impulslarının köməyilə ağızda orijinal içkinin turş dadını canlandırır.

nplus1.ru saytının məlumatına görə, sistemin sınaqdan keçirilməsi üçün cəlb olunmuş 13 könüllü dili ilə fincanın elektrodlarına toxunaraq sarı, yaşıl və bulanıq ağ rəngli əsl, həm də virtual limonadı dadıblar. Tədqiqatçılar onlara fincandakı tərkibin əsl və ya virtual limonad olması barədə məlumat verməyiblər. Könüllülər əksər hallarda əsl limonadın daha turş olduğunu bildiriblər. Müəlliflər güman edirlər ki, dadın subyektiv qəbuluna işıqlandırmanın parlaqlığı təsir edə bilər.

Tədqiqatçıların sözlərinə əsasən, dad və iybilmənin stimulyasiyası olmadan orijinal içkinin dadı və qoxusunun uyğunluğunun ötürülməsi qeyri-mümkündür. Buna görə də onlar gələcəkdə sistemin bu istiqamətdə təkmilləşdirilməsi ilə məşğul olmaq niyyətindədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı