İnsan beyninin kompüterə qoşulması üçün interfeys işlənilir Mart 29, 2017 | 12:00 / Maraqlı məlumatlar

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanı dəyişdirəcək növbəti layihəsini elan edib. Onun təsis etdiyi “Neuralink” adlı şirkətin məqsədi kompüterlə insan beynini əlaqələndirmək üçün neyron interfeysinin yaradılması sahəsində həllər hazırlamaqdır. Mühəndis simsiz neyrointerfeysi  “neyron şəbəkə” (neural lace) adlandırır.

belta.by saytının məlumatına görə, şirkət beyinə implantasiya edilən qurğuların yaradılması üzərində işləyəcək. Bu qurğular insanlara kompüterlərə qoşularaq öz fikirlərini rəqəmsallaşdırmağa kömək edəcək.

Qeyd edək ki, “Neuralink” ilə yanaşı, “Kernel” şirkəti də insanlarda yaddaş və öyrənmə qabiliyyətinin yaxşılaşdırılması üçün implantasiya edilən qurğu hazırlayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı