“Google Glass” smart eynəyindən tibb sahəsində də istifadə edilir Aprel 10, 2014 | 10:00 / Texnoloji yeniliklər

Həkim “Google”un “ağıllı” eynəyinin köməyi ilə xəstənin həyatını xilas etdikdən sonra sözügedən cihaz Boston klinikasında işləyən həkimlərin daimi avadanlığına çevrilib. Belə ki, cari ilin yanvar ayında Bostonda yerləşən “Beth Israel doctor” tibb mərkəzinin əməkdaşlarından olan Stiven Xornq “Google Glass”ın köməyi ilə xəstənin həyatını xilas edib. Beyindaxili qanaxmadan əziyyət çəkən xəstə Xornqa deyib ki, onun təzyiqi aşağı salan bəzi preparatlara qarşı allergiyası var, lakin onların adını yada sala bilməyib. Həkim vaxta qənaət etmək üçün tibbi karta və ya klinikanın kompüterindəki məlumatlara müraciət etməyib. Xornq pasiyent haqqında informasiyanı “Google Glass” ekranına çıxararaq xəstənin köməyinə çatıb. 

ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, martdan etibarən “Beth Israel” klinikasında “Google” eynəyindən istifadə nəzərə çarpacaq dərəcədə genişlənib. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı