Dünyanın aparıcı universitetlərinin İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi aparılıb Aprel 09, 2014 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Gülarə Məmmədova institutun elmi seminarında "Dünyanın aparıcı universitetlərinin İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi" adlı məruzəsini təqdim etdi. 

Məruzəçi ABŞ və Kanadanın aparıcı universitetlərinin "Computer science", “Computer engineering”, “Information technology”, “Information system” və “Software engineering” istiqamətləri üzrə bakalavr və magistr səviyyəsi üçün tədris proqramlarının məzmununu diqqətə çatdırdı. Qeyd etdi ki, ABŞ universitetlərində proqram mühəndisliyi istiqaməti üzrə kurslar bakalavr səviyyəsində “Computer science” istiqamətinin tərkibində tədris edilir. Magistr səviyyəsində isə “Master science in Software Engineering” ixtisası mövcuddur. 

Məruzəçi Avropa universitetlərindəki bakalavr səviyyəsi üzrə biliklərin ABŞ və Asiyanın aparıcı ali məktəblərinin verdiyi biliklərdən fərqli olduğunu qeyd etdi. Bildirdi ki, Avropa universitetlərindəki bakalavr səviyyəsi üzrə tədris müddəti 3 ildir. O, Asiya Universitetlərində “Software engineering” üzrə bakalavr və magistrlərin tədris proqramlarını da diqqətə çatdırdı. 

Sonra G.Məmmədova dünyanın aparıcı universitetlərində mühəndis ixtisasları üzrə tədris proqramlarının milii və beynənxalq təşkilatlar tərəfindən akkreditasiyası haqqında ətraflı məlumat verdi. 

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı