Tədris-İnnovasiya Mərkəzində “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu keçirilir Aprel 04, 2014 | 11:00 / Mühüm hadisələr

Xəbər verdiyimiz kimi, AMEA Rəyasət Heyətinin qərarı ilə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursunun tədrisi məqsədilə Viki-Mərkəz yaradılıb. Aprelin 1-dən etibarən mərkəzdə AMEA-nın institut və təşkilatları əməkdaşlarından təşkil olunmuş viki-qruplara həm mühazirələr, həm də praktiki seminarlar keçirilir. 

Kurs AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, həmçinin alimlərimizin bilik və təcrübəsinin gələcək nəslə ötürülməsində böyük əhəmiyyət kəsb edən Wikipedia ensiklopediyası ilə işləmək qaydalarının tədrisini nəzərdə tutur. Kurslarda elmi tutumlu materialların “Wikipedia”nın tələb və standartlarına müvafiq qaydada yerləşdirilməsi, viki-mühitdə real və potensial təhlükə mənbələrini vaxtında aşkar etmək, ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görmək, analiz etmək və s. ilə bağlı lazımi bilik və təcrübə aşılanır. Həftədə 2 dəfə olmaqla 1 ay davam edəcək dərslərdə mühazirələr institutun sektor müdiri Rasim Mahmudov, seminarlar isə sektor müdirləri İradə Ələkbərova və Rəna Qasımova tərəfindən aparılır. 

Qeyd edək ki, sonda kursu bitirən əməkdaşların sertifikatlaşdırılması nəzərdə tutulur. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı