Text Mining texnologiyaları sahəsində mühüm elmi nəticələr əldə edilib Yanvar 22, 2014 | 05:00 / Mühüm hadisələr

Son illər İKT-nin dinamik inkişafı informasiya həcminin böyük artımına səbəb olub. Belə bir şəraitdə lazımi informasiyanın tez bir zamanda əldə olunması və analizi məsələləri mühüm problemə çevrilib. 

Müasir dövrdə elmi əsərlərin, sənədlərin böyük əksəriyyəti, onlayn xəbərlər və s. mətn tipli olduğu üçün bu mətnlərin axtarışı və effektiv emalında Text Mining (mətnlərin intellektual analizi) texnologiyaları vacib rol oynayır. Bu baxımdan, mətnlərin klasterləşdirilməsi, referatlaşdırılması və veb-səhifələrin ranqlaşdırılması üçün yüksək keyfiyyəti təmin edən metod və alqoritmlər işlənilir, mühüm araşdırmalar aparılır. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda da mətn tipli informasiyanın intellektual analizi, informasiya axtarışı sistemlərinin keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif metod və alqoritmlərin işlənilməsi və tətbiqi istiqamətində mühüm elmi tədqiqatlar aparılır. Belə ki, institutun alimləri tərəfindən mətnlərin avtomatik referatlaşdırılması problemi xətti və qeyr-xətti diskret optimallaşma məsələləri kimi modelləşdirilmiş və onların həlli üçün alqoritmlər işlənilmişdir. Bundan əlavə, informasiya təhlükəsizliyinin təmin olunmasında Text Mining texnologiyalarının imkanları araşdırılmış və bu sahədə tədqiqatların perspektiv istiqamətləri müəyyən edilmişdir. Əldə olunmuş elmi nəticələr “Expert Systems With Applications”, “International Journal of Information Technology & Decision Making”, “Computers&Industrial Engineering” və “Computational Inteligence” kimi dünyanın bu sahədə tanınmış yüksək impakt-faktorlu jurnallarında dərc olunmuşdur. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı