Tibbi səs köməkçisi Fevral 27, 2017 | 03:05 / Texnoloji yeniliklər

Lenovo Health” ilə “Orbita” şirkəti birgə əməkdaşlıq çərçivəsində Lenovo Smart Assistant və Orbita Voice layihələrini birləşdirmək qərarına gəliblər. Şirkətlər bu il yeni qurğunu təqdim etməyi planlaşdırırlar.

medgadgets.ru saytının məlumatında bildirilir ki, tibbi ev köməkçisi xroniki xəstələr və ya bərpa mərhələsində olan pasiyentlərə məsafədən yardım etmək üçün nəzərdə tutulub. Qurğu müalicənin gedişatını nəzarətdə saxlamaq üçün həkimlə, həkimə ehtiyac olmadıqda isə xəstənin yaxınlarıyla gecə-gündüz əlaqə saxlamağa imkan verəcək.

Beləliklə, pasiyent bu və ya digər xəstəliyi idarə etmək üçün müxtəlif İnternet səhifələrində özünümüalicə üsulları axtarmaq əvəzinə, birbaşa özünə lazım olan məlumatı ala biləcək.  Şirkət nümayəndələri qeyd ediblər ki, texnologiya böyük əhəmiyyətə malikdir, çünki xəstələrin müalicəsinin çox hissəsi ev şəraitində aparıla biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı