“Korporativ informasiya sistemlərində informasiya təhlükəsizliyinin menecmenti üçün təhlükəsizlik tələblərinin təsnifatlaşdırılması modelinin işlənməsi” üzrə araşdırmalar aparılır Aprel 08, 2014 | 11:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Elçin Əliyev institutun elmi seminarında məruzə ilə çıxış etdi. “Korporativ informasiya sistemlərində informasiya təhlükəsizliyinin menecmenti üçün təhlükəsizlik tələblərinin təsnifatlaşdırılması modelinin işlənməsi” mövzusunda apardığı araşdırmalardan söz açan E.Əliyev tədqiqat işinin məqsədi, təhlükəsizlik tələblərinin təyinatı və hədəfləri, tələblər təsnifatının əhəmiyyəti məsələlərindən danışdı. 

Bildirdi ki, əsas məqsəd informasiya sistemlərində (İS) konfidensial məlumatların təhlükəsizliyinin təmin olunmasına aid tələbləri sistemli müəyyən etmək üçün təsnifatlaşdırma modelini işləməkdir. İnformasiya təhlükəsizliyinin əsas məqsədi informasiyanın həyat tsikli proseslərində onun tamlıq, əlçatanlıq və konfidensiallıq xassələrinin tarazlaşdırılmış şəkildə təmin edilməsidir. 

Təhlükəsizlik tələblərinin təyinatından danışan məruzəçi qeyd etdi ki, buraya təhlükəsizlik hadisələrinin baş vermə hallarının azaldılması, təhlükəsizlik insidentlərinə cavab reaksiyasının verilməsi, təhlükəsizlik hadisələrinin operativ qeydiyyatının təmin edilməsi və s. aiddir. 

Sonra E.Əliyev informasiya təhlükəsizliyi tələblərinin təsnifatlaşdırılması ilə bağlı məlumat verdi. Vurğuladı ki, bu təsnifatlar “İnformasiya təhlükəsizliyi siyasəti” və menecment planlarının hazırlanması üçün zəruridir. 

Məruzəçi, həmçinin təhlükəsizlik tələbləri üçün əsas prinsiplər, bu tələblərin hədəfi olan “insan faktoru”nun təsnifat bölmələri, informasiya təhlükəsizliyinin planlaşdırma-layihələndirmə mərhələsinə aid proseslər ardıcıllığı və s. haqqında ətraflı məlumat verdi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı