Dünyada ən sürətli yaddaş kartı hazırlanıb Fevral 24, 2017 | 10:45 / Texnoloji yeniliklər

“Sony” şirkəti SF-G UHS-II SD-yaddaş kartlarını təqdim edərək onları “dünyada ən sürətli” adlandırıb. Oxuma və yazma sürəti müvafiq olaraq 300 MB/s və 299 MB/s təşkil edir. 32, 64 və 128 QB həcmli kartlar zərbə, temperatur fərqi, su və rentgen şüasının təsirlərinə dözümlü korpusdan ibarət olacaq.

itc.ua saytının məlumatına görə, SF-G standart kartrider (card reader) vasitəsilə fərdi kompüterə qoşulduqda məlumatların ötürülməsinin yüksək göstəricilərini əldə etmək mümkün olmayacaq.  Bu səbəbdən Sony USB W — S1 qadcetindən USB 3.1 formatının dəstəyiylə istifadə etmək tövsiyə edilir.

Yeni SD-kartlar yüksək təsvir ölçüsünə malik foto və videoların çəkildiyi texnikalarda tətbiq ediləcək. SF-G UHS-II-nin satışlarına bu ilin martında başlanılacaq. Onun təxmini qiymətinin nə qədər olacağı hələlik məlum deyil.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı