Risklərin ehtimal analizi metodları statistik verilənlərə əsaslanır Aprel 07, 2014 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoruYadigar İmamverdiyev "Ekstremal informasiya təhlükəsizliyi risqlərinin qiymətləndirilməsi metodunun işlənməsi mövzusunda" məruzə ilə çıxış etdi. Risk hadisələri kimi informasiya təhlükəsizliyi insidentlərinin sayının, insidentlərin vurduğu zərərin və insidentlərin aradan qaldırılmasına çəkilən xərclərin paylanma qanunlarının tədqiqi barədə məlumat verdi. 

Bildirdi ki, risklərin ehtimal analizi metodları statistik verilənlərə əsaslanır və statistik verilənlər nə qədər “keyfiyyətli”dirsə, alınmış nəticələr də bir o qədər etibarlı olur. 

Tədqiqatın hipotezlərini diqqətə çatdıran məruzəçi qeyd etdi ki, kritik insidentlərin ehtimal xarakteristikalarını ekstremal qiymətlər nəzəriyyəsi əsasında müəyyən etmək olar və tapılmış ehtimal xarakteristikaları əsasında bir sıra digər xarakteristikaları proqnozlaşdırmaq mümkündür. 

Y.İmamverdiyev, həmçinin proqram təminatlarında boşluqların sayının, kritik insidentlərin sayının, vurulan zərərin və insidentlərin aradan qaldırılmasına çəkilən xərclərin paylanma qanunlarının modelləşdirilməsi və s. ilə bağlı məlumatları nəzərdə çatdırdı. 

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı