Virtual reallıq funksiyasına malik ilk kinoteatr Fevral 17, 2017 | 02:44 / Texnoloji yeniliklər

ABŞ-ın Los-Anceles şəhərinin sakinləri və qonaqları artıq film və qısametrajlı videoçarxları IMAX kinoteatrında virtual reallıq formatında izləyə biləcəklər. Bu, film seanslarının virtual reallıq texnologiyası ilə təqdim edildiyi ilk müəssisədir.

news.rambler.ru saytının məlumatına görə, kinoteatrın əsas üstünlüyü ondan ibarətdir ki, burada bütün qurğular virtual reallıq rejimində işləyir. Kinoteatrda müxtəlif qurğular və imkanlarla təchiz edilmiş 14 otaq təqdim olunur. IMAX-ın rəhbərliyi virtual reallıq rejimində film izləmək üçün qarnitür və qurğuları Yaponiya və Çin də daxil olmaqla, onlarla ölkədən əldə edib. “ILMxLABs”, “Sony”, “Lionsgate”, “Starbreeze”, “Survios” və “Ubisoft” şirkətləri artıq Los-Ancelesdə yerləşən bu kinoteatrı filmləri izləmək üçün hazır məhsulla təmin etmək barədə istəklərini bildiriblər.

Qeyd edək ki, istifadəçilər lazımi qurğuları özləri sərbəst seçə bilərlər. 1 seansın qiyməti 7-10 dollar arasında dəyişəcək. Kinoteatrda eynək, şlem, geyim, kreslo və jiletlər var və onlara yeni texnologiyalar əlavə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı