7 aprel - Runetin ad günüdür Aprel 07, 2014 | 10:56 / Texnoloji yeniliklər

Rusdilli İnternet istifadəçiləri 7 apreli Runetin ad günü kimi qeyd edirlər

1994-cü il aprelin 7-si Rusiyanın .ru domeni qeydiyyatdan keçərək yuxarı səviyyəli milli domenlərin beynəlxalq bazasına daxil oldu. Beləliklə, Rusiya rəsmi olaraq, dünyanın İnternet şəbəkəsində təmsil olunan ölkələr sırasında yer aldı. ".ru domeninin idaretmə qaydaları haqqında" müqavilə isə bundan öncə 1993-cü il aprelin 4-də həmin dövrün nəhəng rus provayderlərinin yığıncağında imzalanmışdı. 


Bundan sonra Rusiyanın bütün domen adları .ru zonasında qeydiyyatdan keçdi. calend.ru saytının məlumatına görə, o vaxta qədər yerli İnternet resursları 1991-ci ildən etibarən beynəlxalq domenlər və .su domenində yerləşdirilirdilər. Lakin, Sovet İttifaqı dağıldıqdan sonra, müstəqil dövlətlərə yeni domen adları verilməyə başladı və keçmiş sovet respublikalarına aid 15 domen adı yaradıldı. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı