Artıq “Facebook”da iş haqqında elanları dərc etmək mümkündür Fevral 17, 2017 | 12:30 / Maraqlı məlumatlar

“Facebook” sosial şəbəkəsində yeni vakansiyalar yerləşdirmək və axtarmaq imkanı meydana çıxıb. Belə ki, istifadəçilər və müxtəlif şirkətlər öz səhifələrində “Vakansiyalar” adlı xüsusi bölmədə iş elanları yerləşdirə bilərlər. Yeni funksiyanın köməyilə istifadəçilər onları maraqlandıran vakansiyanı daha rahat tapa biləcəklər.

www.belta.by saytının məlumatına görə, elanlar istifadəçilərin xəbər lentində meydana çıxacaq. Elana daxil olduqda istifadəçinin şəxsi məlumatları olan pəncərə “Facebook” səhifəsində üzə çıxacaq ki, onu potensial işəgötürənə göndərmədən öncə redaktə etmək mümkün olacaq.

Yeni funksiya hələ ki, yalnız Amerika və Kanadadan olan istifadəçilər üçün əlçatandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı