İlon Mask: “İnsan kompüterlə inteqrasiya edilməlidir” Fevral 15, 2017 | 05:20 / Maraqlı məlumatlar

“Space X” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask Dubayda Dünya Hökumətlər Sammitində çıxış edərək süni intellektin sürətli inkişafı dövründə bəşəriyyətin gələcəyi ilə bağlı həyəcanını bölüşüb.

O, bildirib ki, süni intellektin insan üzərində əsas üstünlüklərindən biri informasiyanın çıxarılması sürətidir. Kompüter nəticəni saniyədə trilyonlarla bit sürətlə verdiyi halda, insan mətnin yığılması, məktub və ya nitqin sürəti ilə məhdudlaşır. Bu səbəbdən süni intellekt insanın öhdəsindən gəldiyi tapşırıqları öyrəndikdən sonra onlara tarixdən kənarda qalmamaq üçün informasiyanı beyindən böyük sürətlə çıxarmağa imkan verən interfeys lazımdır. Belə yüksəksürətli interfeys insan ağlı və maşının hesablama gücü arasında xüsusi simbioza nail olmağa imkan verəcək.

news.rambler.ru saytının məlumatına görə, Mask neyrointerfeys ilə bağlı maraqlarından ilk dəfə danışmır. Belə ki, o daha əvvəl yeni konsepsiyası – beyin hüceyrələrinin fəaliyyətini rəqəmli formata çevirən qurğular haqqında da məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı