Paskal proqramlaşdırma dilinin yaradıcısının doğum günüdür Fevral 15, 2017 | 10:00 / Maraqlı məlumatlar

“Proqramlaşdırma peşəsində dəqiqlik və mükəmməllik vacib deyil, mütləqdir”, – deyən Niklaus Virt tarixə öz adını Paskal proqramlaşdırma dilinin yaradıcısı kimi yazdırmışdır.

Niklaus Emil Virt 1934-cü il fevralın 15-də İsveçrənin Vintertur şəhərində anadan olmuşdur. 1954-cü ildə Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun elektronika fakültəsini bitirmiş, məhz burada elektrotexnika üzrə bakalavr dərəcəsi, Laval Universitetində (Kanada) isə magistr dərəcəsi almışdır.

Virt Kaliforniyanın Berkli Universitetində (ABŞ) tanınmış professor Harri Haskinin rəhbərliyi altında dissertasiyasını müdafiə etmiş, elektrotexnika və kompüter elmləri sahəsində elmlər doktoru dərəcəsini almışdır.

Niklaus 1970-ci ildə Paskal proqramlaşdırma dilinin ixtiraçısı kimi tanınmış, 1975-ci ildə isə Modul proqramlaşdırma dilini hazırlamışdır. 1970-ci illərin sonlarında ABŞ-ın Müdafiə Nazirliyinin təşkil etdiyi müsabiqədə iştirak etmiş Virt Ada dili kimi məşhurlaşan inteqrasiya edilmiş sistemlərin proqramlaşdırılması üçün yeni dilin ixtiraçılarından biri olmuşdur.

1980-ci illərdə Sürix Ali Texniki Məktəbinə rəhbərlik edən Niklaus 1990-cı ildən bu təhsil müəssisəsində yaradılmış Kompüter Sistemləri İnstitutunda işləmişdir.

1999-cu ildə 65 yaşında təqaüdə çıxan Niklaus Virt bütün dünyada tanınmış proqramlaşdırma dili ixtiraçılarından biri kimi tarixə düşmüşdür. Belə ki, Virt 8 proqramlaşdırma dili üzərində çalışmış, həmçinin struktur proqramlaşdırma texnologiyasının ixtiraçısı olmuşdur.

Niklaus bir neçə nüfuzlu mükafata (“Turing Award”, “SIGPLAN Programming Languages Achievement Award”), həmçinin bir neçə təhsil müəssisəsinin fəxri adlarına layiq görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı