“YouTube” kanalında ən böyük boşluq aşkarlanıb Fevral 10, 2017 | 02:45 / Maraqlı məlumatlar

Rusiyalı videobloqer və “BlackScreenTV” kanalının sahibi populyar “YouTube” kanalının işində səhv aşkarlayıb.  

dni24.com saytının məlumatına görə, boşluq istifadəçilərdən icazəsiz onları kanala abunə olmaqdan çıxarmağa imkan verir. Bloqer boşluğu “YouTube” tarixində ən böyük səhv adlandırıb.

Bu boşluğu sübut etmək üçün bloqer kiçik videoçarx da hazırlayıb. Videoda kanaldan 300-dən çox istifadəçinin asanlıqla silindiyi göstərilib. Abunədən çıxarılma potensial istifadəçilərin xəbəri olmadan həyata keçirilib. Çəkilən materiala populyar internet servisinin rəhbərliyi dərhal reaksiya verərək bir gün ərzində boşluğu tam aradan qaldırıb. Bununla yanaşı, eksperiment üçün “BlackScreenTV” kanalının abunəlikdən çıxardığı istifadəçilərin abunəliyi bərpa olunub.

Məlumata görə, internetdə boşluğu aşkarlayan bloqerin kiçik pul mükafatı alması ilə bağlı şayiələr dolaşmağa başlayıb. “YouTube” rəhbərliyi bu kimi ödənişlərin gələcəkdə də mümkün müxtəlif səhvlərin axtarışı, həmçinin aradan qaldırılması üçün ediləcəyini vəd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı