İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının illik planı müzakirə olundu Aprel 03, 2014 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda institutun Gənc Alim və Mütəxəssislər Şurasının 2014-cü il üçün fəaliyyət planı müzakirə olundu. 

Öncə şuranın sədri, institutun elmi işçisi Rəhilə Həsənova gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Gənc alimlərin iştirakı ilə mütəmadi olaraq elmi-praktiki seminarların keçirilməsinin zəruriliyindən danışan məruzəçi, elmmetrik qiymətləndirmələr, akademik verilənlər bazalarından istifadə qaydaları, respublikada elmi nəşrlərə qoyulan tələblər kimi mövzularda araşdırmaların aparılmasının vacibliyini önə çəkdi. 

Bildirdi ki, illik planda gənc alim və mütəxəssislər üçün elmi-ictimai müsabiqələrin keçirilməsi, onların beynəlxalq elmi konfranslar, seminar və təlim kurslarında fəal iştirakının təmin olunması kimi məsələlər yer alıb. Həmçinin AMEA-nı təmsil etmək məqsədilə ali və orta təhsil müəssisələrində “Açıq Qapı” günlərinin təşkili, elmi müəssisə və təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin qurulması planlaşdırılır. 

R.Həsənova AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən gənc alim və mütəxəssislərin maarifləndirilməsi, onların dünyagörüşünün, bilik və bacarıqlarının artırılması məqsədilə ölkənin tanınmış elmi, ictimai, siyasi xadimlərilə görüşlərin təşkili, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması işlərinin nəzərdə tutulduğunu da diqqətə çatdırdı. 

Sonra institutun elmi işçisi Şahzadə Mədətova səsvermə yolu ilə şuranın katibi seçildi. 

Şura üzvləri fəaliyyət planı ilə bağlı rəy və təkliflərini səsləndirdilər. Gənc alimlərin qrant layihələrində iştirakının təmin olunması, dil kurslarının təşkili, elmi araşdırmaların aparılması ilə bağlı tövsiyə xarakterli seminarların keçirilməsi, institutun fəaliyyətinin sosial şəbəkələrdə geniş təbliği və s. ilə bağlı müzakirələr apardılar. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı