Gözəgörünməz robot hazırlanıb Fevral 07, 2017 | 11:00 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları parametrlərinə görə onu digər bu kimi materiallardan fərqlənən hidrogelin yeni növünü yaratmağa müvəffəq olublar. Yeni materialın imkanlarının nümayişi üçün tədqiqatçılar akvariumda kiçik balıqları tutmaq və saxlamaq imkanına malik şəffaf gözəgörünməz robot istehsal ediblər.

dailytechinfo.org saytının məlumatına görə, çox zaman hidrogellər çox az sərtliyə malik materiallardan ibarət olur, asanlıqla öz formasını dəyişir və hətta onları müəyyən bir yerə qoyduqda kiçik toxunuş nəticəsində belə parçalana bilirlər.

Gözəgörünməz robotlarda hidrogelli gövdə şəbəkə vasitəsilə müəyyən konfiqurasiyaya malik boşluğa daxil edilib. Hidravlik sistem boşluqların müəyyən seksiyalarına su yığmaq üçün təşkil edilib. Doldurulmuş və boş seksiyaların kombinasiyaları robotun bədənini müəyyən yolla sıxmağa və digər hərəkətləri etməyə imkan verir. “Robotu suda görmək mümkün deyil, çünki o, özü 99 faiz sudan ibarətdir. Bərk materialdan istehsal edilmiş istənilən manipulyatordan fərqli olaraq robot balığı onun kövrək gövdəsinə ən kiçik zərər belə vermədən tuta və saxlaya bilər”, – professor Xuanhe Jao bildirib. 

Bundan başqa, hidrogelli robot onu pasiyentin orqanizminə tamamilə bioloji uyğun edə biləcək təbii materialdan istehsal edilə, həmçinin təbii maye ilə doldurula bilər ki, bu da insanın orqanlarının işinə əvəzolunmaz kömək göstərə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı