San-Fransiskoda avtomatlaşdırılmış kafe açılıb Fevral 03, 2017 | 03:00 / Maraqlı məlumatlar

Robotların müştərilərə xidmət edə bilməsi üçün onları müəyyən hərəkətlərə öyrətmək lazımdır, bu zaman onlar kassir, ofisiant və ya administrator vəzifəsində çalışan insanların işlərinin öhdəsindən gələ biləcəklər. Bu fikri San-Fransiskoda yerləşən avtomatlaşdırılmış “Cafe X” müvəffəqiyyətlə sübut edib.

Kafedə çox az insan işləyir və müştərilərə xidmət göstərilməsi ilə bağlı bütün məsələləri müəyyən hərəkətlər üzrə proqramlaşdırılmış robotlar yerinə yetirir; onlar qəhvə hazırlayır, sifarişləri qəbul edir və ziyarətçilərin qulluğunda dururlar.

hi-news.ru saytının məlumatına görə, hər robot öz təyinatına uyğun müəyyən hərəkətlərə öyrədilib. Belə ki, robot-ofisiant qab-qacağı və xörək cihazlarını yerbəyer edə, sous qabının altına nəlbəki qoya və ya ziyarətçilərə qəhvə gətirə bilər. Robot-barista hətta süni intellekt olmadan da işinin öhdəsindən gəlmək imkanına malikdir. Robot bir saata təxminən yüz fincan qəhvə hazırlaya bilir.

Bir çox insanlar əmindirlər ki, artıq kafelərdə əməkdaşlara ehtiyac yoxdur, çünki onların vəzifəsinin öhdəsindən adi robot asanlıqla gələ bilər. Bununla belə, dəbdə olan tendensiyalara baxmayaraq, insanları maşınlarla əvəz etməyi çox az insan düşünür. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı