Uşaqları “təhlükəli” internetdən necə qorumalı? Fevral 01, 2017 | 11:20 / Maraqlı məlumatlar

Valideynlərin əksəriyyəti uşaqlarda internet-asılılığın yaranmasına görə narahatdırlar. Lakin bununla belə, onların yarısı indiyədək uşaqlarının virtual reallıqdakı həyatı haqqında xəbərsizdirlər.

Britaniya ekspertləri valideynlərə uşaqları internet mühitində mövcud olan təhlükələrdən qorumaq üçün sadə məsləhətlər veriblər:

Valideynlər ailə ilə şam yeməyi və ya ünsiyyət zamanı smartfon və sosial şəbəkələrdən istifadəni məhdudlaşdırmaqla müsbət nümunə göstərməlidirlər.

Uşaqla internetdə təhlükəsizlik mövzusunda tez-tez söhbət etmək vacibdir. Məsələn, izah etmək olar ki, yad insanlar tərəfindən göndərilən elektron məktubları açmaq lazım deyil.

Sosial şəbəkələrdə saxta profillərin mövcudluğu haqqında xəbərdarlıq etmək və uşağı yad insanlardan gələn “dostlara əlavə et” sorğularını rədd etməyə inandırmaq lazımdır.

Evdəki kompüterləri idarə etməyə imkan verən müvafiq antivirus proqram təminatını quraşdırmaqla evdəki internet şəbəkəsini nəzarət altına almaq zəruridir.

techcult.ru saytının məlumatına əsasən, bu məsləhətlər Böyük Britaniyada 1000 valideyndən alınan sorğudan sonra dərc edilib. Sorğu nəticəsində məlum olub ki, onların 40 faizi uşaqlarının internetdəki həyatından tamamilə xəbərdardır. Valideynlərin 29 faizi məsələyə laqeydlik nümayiş etdirir. Onların üçdə biri isə uşaqları internetdəki təhlükələrdən qorumaq üçün daha sadə üsul meydana çıxarsa, uşaqlarının onlayn fəaliyyətinə nəzarət etməyə hazır olacaqlarını bildiriblər.

Valideynlərin 42 faizi internetdən istifadəni yalnız yatarkən məhdudlaşdırmağa hazırdır. Onların 28 faizi təhlükəsizlik qaydalarına tam riayət edildikdə internetdən istifadə etməyə icazə verirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı