Azərbaycan "Biznes-biznes sövdələşmələrində İKT-dən istifadə" üzrə 46-cı yerdə qərarlaşıb Aprel 02, 2014 | 11:00 / Mühüm hadisələr

Azərbaycan "Biznes-biznes sövdələşmələrində İKT-dən istifadə" üzrə 46-cı, həmçinin "Biznes-müştəri sövdələşmələrində İKT-dən istifadə" komponentləri üzrə 50-ci yeri tutub. Dünya İqtisadi Forumunun (DİF) "Dünya ticarətinə cəlb edilmə-2014" hesabatına görə, ölkəmiz dünya ticarətinə cəlb edilmə qlobal reytinqində 4 pillə irəliləyərək 77-ci yerdə qərarlaşıb. 

Qeyd edək ki, sözügedən hesabat 138 dövləti əhatə edib. Məruzə ETI ticarətinə cəlbedilmə indeksinə əsaslanır və 4 göstəricini - "Daxili bazara çıxış", "Sərhəddə inzibati idarəetmə", "İşgüzar mühit" və "Nəqliyyat və kommunal infrastruktur"u nəzərə alır. 

Sənədə görə, Azərbaycan 2014-cü ildə daxili bazara çıxış göstəricisi üzrə 66-cı, sərhəddə inzibati idarəetmə üzrə 94-cü olub. Ölkəmiz işgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci yerdə qərarlaşıb. 

Məruzədə, həmçinin ölkəmizin ticarətin sadələşdirilməsi üzrə həyata keçirdiyi tədbirlər və digər sahələrdə əldə etdiyi uğurlar qeyd olunur. Belə ki, Azərbaycan "Gömrük şəffaflığı indeksi" göstəricisi üzrə 39-cu, "Dövlət tənzimləmə normalarına uyğunluğun sadəliyi" üzrə 19-cu olub. 

ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, hesabatda Sinqapur cəlb etməyə görə birinci yerdədir. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Honq Konq və Niderland tutur. ABŞ isə 15-ci yerdə qərarlaşıb. Keçmiş SSRİ məkanından isə Ukrayna 83-cü, Moldova 92-ci, Qazaxıstan 94-cü, Rusiya 105-ci, Qırğızıstan isə 109-cu yeri tutublar. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı