İnstitutun layihə baş mühəndisi Şəfəqət Mahmudovanı 60 illik yubileyi münasibətilə təbrik edirik! Yanvar 27, 2017 | 02:57 / Yubileylər

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent  Şəfəqət Mahmudovanın 60 yaşı tamam olur.

Ş.Mahmudova 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. Elə həmin ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur.

1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir.

Ş. Mahmudova “Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə 3338.01 - "sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Hazırda "Fotoportretlər əsasında insan sifətinin irqi mənsubiyyətinin müəyyən olunması üçün metod və alqoritmlərin işlənməsi" mövzusu üzrə elmi tədqiqatlarla məşğuldur.

O, 38 elmi məqalə və 39 tezisin müəllifidir. Bunların 41-i beynəlxalq elmi mətbuatda dərc edilmişdir.

Ş.Mahmudova 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

Şəfəqət xanım fəaliyyət göstərdiyi illər ərzində institutun elmi-ictimai həyatında fəal iştirak etmiş, yüksək insani keyfiyyətləri, yaradıcılıq qabiliyyəti, əməksevərliyi sayəsində həmkarları arasında böyük hörmət qazanmışdır. 

İnstitutun kollektivi Şəfəqət xanımı anadan olmasının 60 illiyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, gələcək fəaliyyətində yeni yeni yaradıcılıq uğurları arzulayır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı