Dünyanın nəhəng proqram təminatçılarının reytinqi müəyyənləşib Aprel 01, 2014 | 04:00 / Texnoloji yeniliklər

"Oracle" şirkəti nəhəng proqram təminatı tərtibatçıları reytinqində "IBM" korporasiyasını geridə qoyaraq 2013-cü ilin yekunları üzrə satışdan 29,6 milyard dollar məbləğində gəlir əldə edib. Bu barədə "Gartner" analitik şirkətinin son hesabatında məlumat verilib. 

Hesabata əsasən, "Microsoft" korporasiyası 65,7 milyard dollarlıq mədaxil göstəricisi ilə dünyanın nəhəng proqram təminatı istehsalçısı olaraq öz yerini qoruyub saxlayır. Eyni zamanda "IBM" korporasiyası 29,1 milyard dollarlıq nəticə ilə üçüncü yerə sıxışdırılıb. Dördüncü yerdə 18,5 milyard dollarla "SAP" şirkəti qərarlaşıb. 

Nəhəng istehsalçılar (mədaxilinə görə) onluğuna "Symantec", "EMC", "Hewlett-Packard", "VMware", "CA Technologies" və "Salesforce.com" şirkətləri də daxildir. 

"Gartner" qeyd edir ki, ötən il proqram təminatına qlobal xərclər 4,8 faiz artaraq 407,3 milyard dollar təşkil edib, həmçinin inkişaf etməkdə olan bazarlarda proqram təminatına əvvəlki illərdə olduğu kimi yüksək tələbat qeydə alınmayıb. Bazara əsas təsiri istehsalçıların gəlir göstəricilərini artıran "Saas" şirkətinin həlləri göstərib. Belə ki, "Saas" istehsalçısı olan "Salesforce.com" şirkəti 3,8 milyard dollarlıq nəticə ilə ilk dəfə nəhəng şirkətlər onluğunda yer alıb. 

ictnews.az 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı