2016-cı ildə 1,36 milyard smartfon istehsal edilib Yanvar 27, 2017 | 12:19 / Maraqlı məlumatlar

“TrendForce” analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı ildə qlobal smartfon istehsalının həcmi 4,7% artaraq 1,36 milyard aparat təşkil edib. Mütəxəssislər qeyd ediblər ki, “Samsung” şirkəti “Galaxy Note 7” qurğusu ilə bağlı uğursuzluğa baxmayaraq smartfon bazarında liderliyini qoruyub saxlayıb.

dailycomm.ru saytının məlumatına görə, mütəxəssislər hesab edirlər ki, ötən il Cənubi Koreya şirkəti üçün çətin keçib. “Note 7” smartfonlarının batareyasında nasazlıq səbəbindən  şirkət 2016-cı ildə planlaşdırılmış tədarük həcminə nail olmayıb. “Samsung”, həmçinin smartfon bazarının payının azalmasının qarşısını ala bilməyib: 2014-cü ildə bu şirkətin qlobal smartfon bazarına tədarükü 28% olduğu halda 2015-ci ildə bu göstərici 24,7%, 2016-cı ildə isə 22,8% təşkil edib.

“Samsung” şirkətinin smartfon bazarında payının azalması Çinin “Huawei”, “Oppo” və “Vivo” kimi brendlərinin güclənməsi ilə izah olunur. Ötən ilin nəticəsinə görə, bu şirkətlər aparıcı smartfon brendlərinin reytinqində 3-5-ci yerləri tutublar. “Apple” şirkətinin smartfon bazarında payı 15,3% təşkil edib.

Bundan başqa, Çinin daha 4 şirkəti (“Xiaomi”, “Lenovo”, “TCL” və “ZTE”) smartfonların top 10 siyahısında qərarlaşıb. “TrendForce” şirkətinin məlumatına görə, Çinin smartfon istehsalçıları ötən il 629 milyon smartfon istehsal edərək “Samsung” və “Apple” şirkətlərinin ümumi göstəricisini (519 milyon) ötüblər.

“TrendForce” analitik şirkətinin 2017-ci il üzrə proqnozuna görə, dünya smartfon istehsalının həcmi 1,46 milyarda yaxınlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı