DNT turşusunu “oxuya” bilən cib analizatoru Yanvar 26, 2017 | 10:47 / Texnoloji yeniliklər

Kaliforniya,  Stokholm və Uppsalı universitetlərinin tədqiqatçı və mühəndisləri smartfon üçün dezoksiribonuklein turşusunu (DNT) “oxuya” bilən qurğu hazırlayıblar.

Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, fabrik qurğusu 500 dollar civarında olacaq. Bu, hazırda mövcud laboratoriya avadanlıqları komplektindən bir neçə dəfə aşağı qiymətdir.

Cihaz lazer şüası və elektrodiodun ağ işığını nümunəyə yönəldir, kamera çəkiliş edir, nəticə xüsusi alqoritmlə emal edilərək smartfon və ya qoşulmuş kompüterin ekranında əks olunur.

popmech.ru saytının məlumatında bildirilir ki, DNT analizi üçün nəzərdə tutulmuş mobil dəst vasitəsilə geni tamamilə sekvensiya etmək mümkün olmayacaq. Lakin həkimlər biomaterialı uzaqda olan tədqiqat mərkəzlərinə analizə göndərmək əvəzinə, onun xərçəng şişləri qəfəsinin DNT-sinin mutasiyalarını tez bir zamanda aşkar edə biləcəklər.

Pasiyentin yerləşdiyi klinikada əldə edilən analiz diaqnozların qoyulmasını və uyğun preparatların təyinatını sürətləndirməyə imkan verəcək. DNT-nin analizi həm də bakteriya antibiotiklərinə dayanıqlığı aşkar etməyə, nadir və yeni infeksiyaların törədicilərini axtarmağa kömək edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı