Süni intellekt özü süni intellekt yaradacaq Yanvar 25, 2017 | 02:38 / Maraqlı məlumatlar

Mükəmməl süni intellekt (Sİ) yaratmaq üçün böyük səy və vaxt tələb olunur. “Google” kimi şirkətlər üçün ən yaxşı Sİ proqramlarının planlaşdırılması olduqca əhəmiyyətlidir. Buna görə şirkət süni intellekt yarada bilən Sİ texnologiyalarının hazırlanması haqqında qərar verib. 

popmech.ru saytının məlumatına görə, süni intellekt tədqiqatı ilə məşğul olan Google Brain laboratoriyası müstəqil şəkildə Sİ yarada biləcək proqramı hazırlamağı planlaşdırırlar. Laboratoriyanın əsas vəzifəsi Sİ-nin yaradılmasına sərf olunan xərcləri əhəmiyyətli dərəcədə azaltmaq, onu daha çox əlçatan və effektiv etməkdir.

Əgər hər hansı universitet və ya korporasiya Sİ yaratmaq istərsə, tam ekspert komandası işə götürmək əvəzinə, sadəcə Sİ konstruktorunun vaxtını “borc ala” biləcək. Beləliklə, bu, süni intellektin qiymətini aşağı salmaqla yanaşı, onun daha geniş yayılmasına və sürətli inkişafına səbəb olacaq.

Üstəlik, başqa süni intellektlərin yaradılması üçün Sİ-dən istifadə onların meydana çıxma prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Bu gün Sİ texnologiyalarının məsələlərin həllini öyrənmələri üçün həftələr, bəzən isə aylar tələb olunur. Onlar hərfən anlamadıqları üçün bir sözü dəfələrlə yoxlayırlar. Mütəxəssislər əmindirlər ki,“süni süni intellekt yaradanlar” insanların heç vaxt ixtira edə bilməyəcəyi optimallaşdırma üsullarını tapa bilərlər.

“Google”un iddiasına görə, süni intellekt lazımi bilikləri insanlardan daha sürətli öyrənir. Belə ki, iki ildən sonra o, öz bioloji ixtiraçılarını tamamilə geridə qoya biləcək –  ümid edirik ki, bəşəriyyət bu inqilaba hazır olacaq.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı